Safye Catering   Ləziz foto-qalereya!
Haqqımızda Keyfiyyət Xidmətlər Menyu Əlaqə
 
 
Sağlam qidalanma yetərli ve hərtərəfli qidalanmadır. Vücudumuzu əhatə edən hüceyrələrin sağlam və düzənli olaraq işləməsi üçün yağları, karbohidratları, proteinləri, vitaminləri ve mineralları bərabər miqdarda almaq lazımdır. Vücudumuzun bu maddələrə ehtiyacı vardır. Birtərəfli qidalanmaq yəni, sadəcə protein və ya karbohidratla qidalanmaq doğru deyil. Düzgün qidalanaraq vitaminləri, mineralları ve liflər kimi vacib maddələri də orqanizmə qazandırmış oluruq. Hərtərəfli qidalanma, bahalı qidalanma demək deyil. Bir çox ucuz qidalar da içərisində olduğu vitaminlərlə bahalı yeyəcəklərə bərabər səviyyədədir.

Qidalanma piramidası 5 ana qrupdan ibarətdir. Piramida ən altta yer alan ve mütəmadi istifadə olunacaq karbohidratlarla başlayır ve daha az istifadə olunacaq gıdalara doğru gedir. Bu qida grupları karbohidratlar, minerallar, proteinlər, yağ ve şəkərdir. Qidalanma piramidasında gidaların doğru seçimi sizə yardımcı olacaq.

Karbohidratlar
Bədənin enerji mənbəyidir. Un məmulatları, qənd, şirniyyat, paxlakimilər, kartof, quru meyvələr, banan, alma karbohidratlarla zəngin maddələrdir. Karbohidratlar mütəmadi istifadəsi vacib olan gıdalardır. 1 qram karbohidrat 4 kaloriyə bərabərdir.

Proteinlər
Hüceyrədaxili həyatin yaşaya bilməsi üçün proteinler əvəzolunmazdır. Proteinlər həm heyvani, həm də bitki qidalarında vardır. Geç həzm olunur.
Süd ve süd məhsulları, ət, yumurta, yemiş, çörək proteinlərlə zəngin qidalardır.. 1 qram protein 4 kaloriyə bərabərdir.

Yağ-Şəkər
Yağ ve şəkər, çox az istifadəsi gərəkən gıdalardır. Ancaq A, D, E ve K vitaminləri kimi orqanizm üçün çox vacib vitaminlərlə zəngin olduğundan istifadəsi önəmlidir. Duru və qatı yağlarda, şəkər ve şirniyyat bu grupda yer alır. Orqanizmə karbohidratlara müqayisədə iki qat daha artıq enerji verir. Geç həzm olunur. Bədənimizin gündəlik yağ ehtiyacı 55-60 gramdır.. Vücudumuzun şəkər ehtiyacını meyvələrdən təmin etmək ən doğru seçimdir. 1 gram yağ 9 kaloriyə bərabərdir.

Minerallar
Orqanizmin sağlam yaşaması üçün əhəmiyyətlidir. Minerallar (kalsium, yod, dəmir) tərəvəz ve meyvələrdə daha çoxdur, Hüceyrələrin qorunması ve dişlərin uzunömurlülüyü, sümük, dəri sağlamlığl üçün çox önəmlidir. Minerallar ayrıca ürək ritmi, qan təzyiqi kimi daha bir çox düzənləyici funksiyarda rol oynayır. Kalsium, dəmir, yod kimi maddələr bədənimizin düzgün çalışa bilməsi və funksiyalarını sağlam bir şəkildə yerinə yetirə bilməsi üçün mütləq yetərli miqdarda istifadə olunmalıdır.

Vitaminlər
Bədənin bioloji fəaliyyətinin davamlı inkişafı üçün vacib olan vitaminlər milliqram və mikroqram ilə ölçülür.

Su
Bədənimizin % 65'i sudan ibarətdir. Bədən temperaturunun müəyyənləşməsindən orqanizmin sağlam bir şəkildə qorunmasına qədər su qidalanmada vazkeçilməzdir

Düzgün qidalanma tövsiyyələri
Yemək vərdişlərimiz zehni ve bədən fəaliyyətimizə təsir göstərən ünsürlərdən biridir. Düzgün qidalanmamaq düşünmə ve qavrama keyfiyyətinin azalmasına və yaddaşın zəifləməsinə səbəb olur. Gündə 8 saat yatdığınız halda özünüzü yorğun hiss edirsinizsə, bədənsəl, zehni faaliyətlərinizdə tez yorulursunuzsa, yaddaş və düşüncənizdə azalma görürsünüzsə mutləq yemək yemə vərdişlərinizi gözdən keçirməlisinz. Vücudumuzda dəqiqədə 10 milyon hüceyrə ölür ve bir o qədəri də yenilənir. Orta hesabla 100 günden bir (beyin ve sinir hüceyrələri xaric) bütün vücudumuz yenilənir.Düzgün qidalanmamaq; yenilənmə sistemini axsadır. Dəriniz canlılığını, təzəliyini itirir ve orqanizm xəstəliklərlə mübarizədə gücünü zəiflədir. Düzgün ve sağlam qidalanmaya diqqət etməli ve yemək üçün yaşamamalı sadəcə yaşamaq üçün yeməlisiniz..
  • Doymuş yağ (kərə yağı, quyruq yağı) kimi qidaları daha az istifadə edin.Yetərli miqtarda doymamış yağın (günəbaxan, qarğıdalı, soya, fındıq, zeytun yağı) istifadəsinə önəm verin. Az yağlı süd, yağsız qatıq yeyin.Yağlı ət yerinə yağsız ət, noxud, mərcimək, lobya, balıq və toyuğa üstünlük verin. Az yağlı olunmasına diqqət etməklə süd və süd məhsulları da (qatıq, süzmə, pendir və.s.) yeyiylməlidir;

  • Çox şəkərli gidalardan uzaq durmalı və hətta çay, qəhvə kimi içkilər şəkərsiz içilməli və ya şəkər miqdarı azaldılmalıdır;

  • Qidalardan aldığımız gündəlik duz miqdarı 6 qramı (bir çay qaşığı) keçməməlidir. Bu miqdara yeməklərdən, çörəkdən, içkilərdən aldığımız duz miqdarı da daxildir. Duz istifadəsi ilə yüksək təzyiq arasında əlaqə vardır. Yüksək təzyiqi olanlar həkimlərinin tövsiyyəsinə görə ya heç duzdan istifadə etməməli ya da miqdarını azaltmalıdır;

  • Günə mütləq səhər yeməyinizi yeyərək başlayın. Beyninizin səhər durduqda enerjiyə ehtiyacı vardır. Daha sonra gıdalanmanızı səhər yeməyindən başlayaraq gün içinə yaymanız daha çox kalori yandirmasına səbəb olur;

  • Bol su için;

  • Yediklərinizi yaxşı çeynəyin;

  • Hər yemək yediyinizdə mədənin 1/3 ni boş buraxın. Tam olaraq dolu mədə sağamlığımızın zaman içində pozulmasına və erkən yaşlanmasına səbəb olur;

  • Daima quru qıdalarla qidalanmayın .Quru qidalarla dolu mədə suyu mədədə hər tərəfə bərabər çatdirmaqda zorlanır və həzmi çətinləşdirir. Ayrıca düzgün qidalananlar ideal çəkilərini də qorumaqdadırlar;

  • Zehni fəaliyyətin enerji qaynağının ən önəmlilərindən biridə meyvələrdir. Beynin oksigen xaric tək enerjisi qlikozadır. Qlikoza meyvələrdə hazır halda vardır. Digər gidalardan alınan şəkər mədədə yanaraq qlikozaya çevrilir. Bu səbəblə meyvələri acqarına yeməliyik. Meyvələr yeməklərdən 30 dəqiqə əvvəl və ya 3 saat sonra yeyilməlidir..Mədə dolu halda yeyilən meyvələr mədədə qalıb vitamini orada mayalandırdığı üçün bütün həzm sistemimizi yorur.
 
 
 
Fərqimiz Faydalı Sifariş et
 
© 2010 Safye Catering
Saytın istehsalı —
Şükürzadə Studiyası
Safye Catering Facebook-da | Fox.AZ-da