 |
|
 |
| |
“Safye Food” yeməklərin hazırlanmasında istifadə etdiyi A kateqoriyalı xammal, tam gigyenik istehsal və keyfiyyətli xidmət anlayışı ilə qısa müddət ərzində müştərilərin rəğbətini qazanmışdır.
Bu məsuliyyətli sözləri müştərilərimzdən bu günə kimi aldığımız mütəmadi təqdir və təşəkkürlərə görə rahatlıqla deyirik. Çünki, yüksək keyfiyyətli məhsullardan istifadə edərək ləzzətli təamlar hazırlayan professional aşpaz heyətinin əməyinin nəticəsi başqa cür ola da bilməzdi.
Öz işinin ustası olan aşpazlarımız sayəsində şirkət Sizlərə milli və seçilmiş dünya mətbəxindən geniş çeşidli kompleks nahar menyusu, banket, furşet, çay fasiləsi və s.ziyafət menyuları təklif edir. “Safye” olaraq məqsədimiz; müştərilərimizə gigiyenik istehsal şəraitində hazırlanan və ev yeməkləri kimi ləzzətli caterinq xidməti göstərməkdir.
Hədəf kütləmiz, iki ayda bir yemək firması dəyişdirməkdən yorulan, keyfiyytə üstunlük
verən iş mərkəzləri, banklar, ofislər, şirkətlər və s. sənaye müəssisələrində çalışan personaldır.
Keyfiyyəti axsatmadan hər büdcəyə uyğun caterinq xidməti göstərmək isə şirkət olaraq ən önəmli məsuliyyətimizdir.
Və ən əsası...şirkətimizdən caterinq xidməti alan bütün müştərilərimizə bunu söyləmək istəyirik... “Evlərimizə də sizlərə hazırladığımız yeməklərdən aparırıq”
|
|
|
 |
|
 |
|